6 İyun 09:48
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Rusiyanın Rostov vilayətində silsilə partlayışlar baş verib. Ardınca “Novoşaxtı” neft emalı zavoduna hücum barədə məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, vilayət qubernatoru Vasil Qolubev zavodun PUA ilə vurulduğunu açıqlayıb.

Nəticədə zavodda yanğın baş verib. Yanğın söndürülüb, ölən və yaralanan yoxdur.

Hücumun nəticələrinin genişmiqyaslı olduğu bildirilir.

Bundan başqa, gecə saatlarında Rusiyanın Belqorod vilayətindəki neft bazasına da pilotsuz təyyarə hücumu olub. Qubernator Vyaçeslav Qladkovun verdiyi məlumata görə, vilayətin Staroskol şəhəri ərazisindəki neft anbarına ziyan dəyib, çənlərdən biri yanıb. Yanğın söndürülüb, xəsarət alan olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər