6 İyun 11:12
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədləri yaxınlığında PKK terror təşkilatına qondarma dövlət yaratmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, unu Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Səlvi deyib.

“Əsəd rejimi PKK terror təşkilatının Suriya ərazisində “yeni idarəetmə sistemi” qurmaq cəhdlərinə səssiz qalır. İran və Rusiya da susur. ABŞ də guya vaxtının olmadığını bəyan edir. Təkcə Türkiyə danışır. Türkiyənin qətiyyətli mövqeyi ABŞ-PKK oyununun fiaskosuna səbəb oldu. Bir daha bəlli oldu ki, Türkiyəni nəzərə almadan oyun qurmaq olmaz. Türkiyə “bitdi” deməyincə bitməz. Məlumata görə, PKK iyunun 11-də keçirməyi planlaşdırdığı “seçkilər”i təxirə salmalı olub. Amma təhlükə tam aradan qalxmayıb”, - jurnalist bildirib.

Səlvi qeyd edib ki, planın arxasında ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi general Bred Makqurk dayanır:

“Bundan əlavə, ABŞ Dövlət Departamentinin bəyanatında “seçkilər legitim deyil” deyilmir, yalnız vaxtın səhv olduğu vurğulanır. ABŞ üçün doğru zamanın nə vaxt olduğunu bilmirəm, amma bizim üçün heç vaxt doğru vaxt deyil. Çünki PKK terror təşkilatıdır. Bunun İŞİD-in Suriya ərazisində seçki keçirib muxtariyyət quracaqlarını bəyan etməsi ilə fərqi nədir?

Türkiyənin qətiyyəti sayəsində hələlik təhlükə sovuşub, amma tam aradan qalxmayıb. Çünki bu, uzunmüddətli plandır. PKK-nın əvvəlcə muxtariyyət, ardınca terror dövləti qurması planı var”.

Jurnalist əlavə edib ki, Türkiyə sərhədləri yaxınlığında terror dəhlizi yaratmaq istəyirdilər:

“İraq sərhədindən başlayan və Aralıq dənizinə qədər uzanan bir xətdən söhbət gedir. “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh Çeşməsi” əməliyyatları ilə bu planı darmadağın etdik. Amma oyun bitməyib. İndi Suriyadakı xaosdan istifadə edərək PKK-ya süni dövlət qurmağa çalışırlar. Görünür, bu planı tarixin zibilliyinə atmaq üçün PKK-nın nəzarətində olan ərazidə hərbi gücümüzü göstərməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər