3 Fevral 2015 03:48
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-şərqində, Yobe ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində 16 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, qəza hərəkətdə olan avtobusun təkərinin partlaması və sürücünün idarəetməni itirməsi səbəbindən baş verib .

Qeyd olunur ki, yük maşını “Boko Haram” terror qruplaşmasının hücumları nəticəsində zərərçəkənlərə humanitar yardım aparırmış.


Müəllif: