6 İyun 22:15
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya gəmi və təyyarələrini Karib hövzəsinə göndərib. Texnikalar Vaşinqtonun Kiyevə dəstəyinə Moskvanın cavabı çərçivəsində yaxın həftələrdə hərbi təlimlərdə iştirak edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumatlı mənbələrə görə, Rusiya hakimiyyəti bu yolla ABŞ-ni narahat etmək və yerli auditoriyaya təsir göstərmək istəyir. Rusiya bununla həm də qlobal güc olduğunu nümayiş etdirmək niyyətindədir.

Güman edilir ki, Rusiya gəmiləri Kuba və Venesuelada lövbər salacaq və döyüş təlimindən sonra yayın sonuna qədər bölgədə qalacaqlar. Payızda gəmilər başqa bir təlimdə iştirak edə bilərlər.

Eyni zamanda, sahillərində təlimlər keçiriləcək ABŞ Rusiya gəmilərinə təhlükə kimi baxmır. Moskva Vaşinqtonu öz planları ilə bağlı xəbərdar etməzkən, Ağ Ev də həyəcan təbili çalmır. Məlumatda qeyd edilir ki, Rusiya 2013-cü ildən 2020-ci ilə qədər hər il Qərb yarımkürəsinə gəmi göndərib.

2023-cü ilin yayında Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Sakit okeanda birgə patrul xidməti həyata keçirib. Buna cavab olaraq ABŞ Rusiya və Çin gəmilərinin Alyaska sahillərində hərəkətlərini izləmək üçün bir neçə esmines göndərib.

Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqorun sözlərinə görə, Alyaska sahillərinə yaxınlaşan Rusiya və Çin gəmiləri Vaşinqtonu qorxuya salıb.

Onun fikrincə, Amerika suları yaxınlığında donanma təlimləri ABŞ-yə bir siqnal idi: “İllərdir etdiklərimizi onlar da edə bilərlər. Biz də başqasının ərazi sularına giririk və ya onların sərhədləri boyunca hərəkət edirik”.

Makqreqor bununla əlaqədar ABŞ hərbi gəmilərinin Tayvan boğazında olmasını misal çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər