3 Fevral 2015 04:58
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanın Darfur bölgəsində Rusiya vətəndaşlarını girov götürənlər onların sərbəst buraxılması üçün pul tələb ediblər.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Sudanın xarici işlər nazirliyindən bildiriblər.

Bundan əvvəl Rusiyanın Sudandakı səfirliyi iki vətəndaşının oğurlanması faktını təsdiqləmişdi.

Məlum olduğu kimi, Sudanın Mərkəzi Darfur bölgəsində iki Rusiya vətəndaşı naməlum silahlılar tərəfindən girov götürülüb. Onların BMT ilə müqavilə əsasında aviaşirkətdə işlədikləri bildirilir.


Müəllif: