7 İyun 13:06
6 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin atdığı addımlar Rusiya ilə birbaşa müharibəyə hazırlıqdır.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“İndi müharibəyə, birbaşa hərbi toqquşmaya hazırlıq olan addımlar atılır. Bu, təcili hazırlıqdır. Ancaq Rusiya üçüncü dünya ölkəsi deyil, bəlkə də mülki sahədə onun iqtisadiyyatı ABŞ və Çindən geri qalır, hətta bu halda da heç nə dəyişmir, bu risklidir. Amma konkret olaraq hərbi və hərbi-texniki sahəsi, xammal mənbələri və müharibənin davam etdirilməsi üçün lazım olan ərazisi dünyada ən böyüyüdür”, - baş nazir vurğulayıb.

Eyni zamanda, Orban bildirib ki, Qərbin Ukraynaya qoşun göndərilməsi məsələsi artıq həll olunub: “Bunlar təhdid deyil, artıq faktdır. Bu, mahiyyətcə həll olunmuş məsələdir. Avropada belə bir hərbi psixozun hökm sürdüyünü ancaq kor adam görmür, bunun məntiqi nəticəsi Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsi olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər