7 İyun 13:38
5 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada ingilis dilinin beynəlxalq ünsiyyət dili kimi statusu haqqında qanun ölkəni Qərbin işğalına hazırlayır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qanun hökumət orqanlarına ingilis dilinin tətbiqi sistemi vasitəsilə Ukraynanın liderləri (NATO ölkələri) ilə əhalisi arasında ünsiyyət imkanını müəyyən edir. Mahiyyət etibarilə ərazilərinin işğalına hazırlaşırlar, buna başqa cür ad vermək olmaz”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, bu cür tədbirlər qərbli menecerlərin Ukraynanın dövlət orqanlarına göndərilməsini təmin etmək üçün həyata keçirilir: “Bu durum koloniyalar üçün xarakterikdir, onların sakinləri metropoldan olan ağalarının nə dediyini bilməli və anlamalıdırlar”.

Bundan əvvəl Ukrayna parlamenti ölkədə ingilis dilinin beynəlxalq ünsiyyət dili statusu haqqında qanunu ikinci oxunuşda qəbul edib. Sənədi parlamentə ötən ilin yayında Prezident Vladimir Zelenski göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər