7 İyun 17:23
3 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusa xarici təcavüz Rusiyaya hücum kimi qiymətləndiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Litva xarici işlər nazirinin Ukraynanın Belarusa mümkün hücumu ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Belarusa xarici təcavüz Rusiyaya hücum kimi qiymətləndiriləcək və bundan irəli gələn nəticələr olacaq”, - Rusiya rəsmisi vurğulayıb.

Litva xarici işlər naziri bundan əvvəl söyləmişdi ki, Belarus ərazisində Rusiyaya aid hərbi obyektlər yerləşdirilərsə, Ukrayna həmin yerləri vura bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər