Türkiyənin ABŞ-dən F-16 döyüş təyyarələri alması ilə bağlı prosesdə mühüm mərhələ aşılmaq üzrədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
ABŞ-nin Türkiyədəki səfiri Cefri Fleyk mövzu ilə bağlı diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton və Ankara irəliyə doğru mühüm addım atıb.
Türkiyə Müdafiə Nazirliyi də satınalma prosesinin cədvələ uyğun olaraq müsbət davam etdiyi barədə məlumat yayıb.
“Sabah”ın əldə etdiyi məlumata görə, təklif və qəbul məktublarının nəzərdən keçirilməsi üçün son tarix olaraq bu həftə göstərilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller artıq bildirib ki, Türkiyə F-16-ların alınması üçün təklif və qəbul məktubunu imzalayıb.
Məktubun ABŞ-yə çatması və təsdiqindən sonra istehsal və təhvilvermə proses rəsmən başlayacaq.