Rusiya və Ukrayna arasında danışıqlar mümkündür, amma yalnız ölkəmiz üçün mütləq təhlükəsizlik prinsiplərinə riayət etməklə. Hələlik dialoq aparacaq heç kim yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
“Danışıqlar ehtimalı var. Amma bunun ehtimaldan reallığa keçməsi üçün Rusiyanın yanaşması Rusiya prezidenti tərəfindən dəfələrlə səsləndirilib”, - spiker bildirib.
O xatırladıb ki, dialoq yalnız real vəziyyətin şərtləri əsasında və Rusiyanın mütləq təhlükəsizliyini qorumaq şərti ilə mümkündür.
Matviyenkonun sözlərinə görə, gec-tez danışıqlar aparılmalıdır, amma Rusiyanın şərtlərinə uyğun olaraq. Eyni zamanda, spiker əlavə edib ki, hazırda Ukraynada danışa biləcəkləri heç kim yoxdur.
“Biz heç bir şərtimizdən kənara çıxmayacağıq, heç vaxt nasist rejimi ilə işləməyəcəyik və heç bir təmasda olmayacağıq”, - Matvienko qeyd edib.
Şura sədri əlavə edib ki, Rusiya Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən təşkil olunan İsveçrə Sülh Forumuna da qatılmayacaq.