Bu gün axam radələrində Danimarkanın Baş naziri Mette Frederiksenin hücuma məruz qaldığı bildirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın "Ritzau" xəbər agentliyi Baş nazirin Ofisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Baş nazir Mette Frederiksen cümə günü axşam Kopenhagendə Kultorvetdə bir kişi tərəfindən döyülüb.
Baş nazirə hücum edən həmin şəxsin həbs edildiyi bildirilir.
Baş nazirin ofisindən verilən açıqlamada onun hadisə səbəbilə şoka düşdüyü bildirilir. Açıqlamada hadisənin təfərrüatları barədə heç nə qeyd olunmayıb.
İnsidenti Kopenhagen polis rəisi Maykl Andersen də təsdiqləyib.