İsrailin HƏMAS əsirliyindən 4 girovu azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd olunub ki, azad edilən 24 yaşlı Noa Arqamani, 21 yaşlı Meir Yan, 27 yaşlı Andrey Kozlov və 40 yaşlı Şlomi Ziv ötən il oktyabrın 7-də “Nova” musiqi festivalından HƏMAS silahlıları tərəfindən qaçırılıb:
“Onların vəziyyəti yaxşıdır və növbəti tibbi müayinə üçün Tel Haşomerdəki “Şiba” tibb mərkəzinə köçürülüblər.
Təhlükəsizlik qüvvələri girovların azad olunması üçün hər cür səy göstərməyə davam edəcək”.