Ukraynanın Dnepropetrovsk, Nikolayev və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.
Teleqraf.com xəbər verir ki, bunu rəsmi xəbərdarlıq resursunun məlumatları sübut edir.
Bundan əvvəl Dnepropetrovsk vilayətinin Nikopol rayonunda infrastruktur obyektinə ziyan dəyib.
Bir gün əvvəl Ukraynanın qərbində - Xmelnitski vilayətində bölgədə aktiv hava reydi zamanı silsilə partlayışlar baş verib.
Həmin gün Ukraynanın “A-95” konsaltinq qrupunun həmtəsisçisi Artem Kuyun bildirib ki, Ukraynada iki neft anbarı dağıdılıb.