Konqo Demokratik Respublikasının (KDR) şərqində Müttəfiq Demokratik Qüvvələri (ADF) ekstremist qruplaşmasının silahlıları tərəfindən azı 41 nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları və hərbçilərə istinadən məlumat yayılıb.
Qeyd edək ki, silahlı qruplar Şimali Kivu əyalətinin Beni bölgəsində bir neçə kəndə hücum edib. Ölənlərlə yanaşı, yaralılar da var.
Xatırladaq ki, ADF 1995-ci ildə Uqandanın qərbində müsəlman məzhəbi əsasında ölkə hökumətinə müxalif olan islamçı birləşmə kimi yaradılıb.