10 İyun 12:17
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı senator Lindsi Qrem Ağ Evi Rusiyanın aktivlərini müsadirə etməyə və bu ölkəni “terrorizmin sponsoru” kimi tanımağa çağırıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi artıq Kiyevə belə bir təklifin verildiyinə də söyləyib.

“ABŞ-də müsadirə etməli olduğumuz Rusiya pulları var. Rusiyanı Amerika qanunlarına əsasən terrorizmə sponsorluq edən dövlət kimi təyin etməliyik. Bunu Zelenskiyə təklif edəndə yolka kimi işıldadı”, - Qrem bildirib.

Bundan əlavə, senator qeyd edib ki, ABŞ Rusiyaya Ukraynanın malik olduğu mineral ehtiyatları vermək istəmir, bu ehtiyatların həcmi trilyonlarla dollar qiymətləndirilir:

“Əgər indi Ukraynaya kömək etsək, xəyal etdiyimiz ən yaxşı biznes tərəfdaşına çevrilə bilər. 10-12 trilyon dollar dəyərində kritik təbii sərvətləri Putin və Çinə verməkdənsə, Ukrayna və Qərb istifadə etməlidir”.

Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasından sonra Qərb ölkələri Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını - 300 milyard avronu dondurub.

Moskva aktivlərin dondurulmasını oğurluq adlandırır və qeyd edir ki, Qərb təkcə şəxsi vəsaitləri deyil, həm də dövlət aktivlərini mənimsəməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər