Seçkilərə müstəqil namizəd kimi qatılan 24 yaşlı yutuber millət vəkili seçilib.
Teleqraf.com xəbər verir ki, Fidias Panayotu Cənubi Kiprdən Avropa Parlamentinə (AP) millət vəkili seçilib.
Verilən xəbərə görə, yutuber Panayotu iki partiyanın səsindən çox səs toplaya bilib. O, 71 min səs toplayıb.
Qeyd edək ki, qeyri-rəsmi nəticələrə görə, mühafizəkar sağ mərkəz Demokratik Səfərbərlik Partiyasından (DİSİ) 2 deputat, Solçu Fəhlə Xalqın Tərəqqi Partiyası (AKEL), Demokrat Partiyası ( DIKO) və ifrat sağçı olan Milli Xalq Cəbhəsi (ELAM) parlamentdə 1 deputatla təmsil olunacaqlar.