Rusiya Prezidenti Vladimir Putinlə braziliyalı həmkarı Lula da Silva arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsveçrədə Ukrayna ilə bağlı qarşıdan gələn sülh konfransı müzakirə mövzularından biri olub.
Putin Braziliya prezidentinə bu sülh konfransının keçirilməsi ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarını açıqlayıb.
“Braziliya prezidenti, öz növbəsində, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək arzusunu dilə gətirib”, - məlumatda qeyd edilib.