Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvadan qayıdan vətəndaşların pasportlarını cıran Moldova sərhədçilərini nasistlərlə müqayisə edib.
Teleqraf.com xəbər verir ki, o, Moldova Prezidenti Maya Sandunu da “Reyx” adlandırıb.
Diplomat bildirib ki, Kişinyov hava limanında sərhədçilər Rusiyadan qayıdan həmvətənlərini saatlarla gözlətməklə kifayətlənmir, həm də “etibarsız” hesab etdikləri Moldova vətəndaşlarının pasportlarını cırırlar.
“Sandu-Reyx”, - Zaxarova Teleqram kanalında yazıb.
Moldovalı deputat Marina Tauber bundan əvvəl bildirmişdi ki, Moldova hüquq-mühafizə orqanları “Qələbə” siyasi blokunun üzvlərini Kişinyov hava limanında 4 saatdan çox saxlayıblar. Həmin şəxslər Moskvadan qayıdırlarmış.