Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında Ukraynanın Rusiya sərhədləri daxilində göstərildiyi xəritə yayımlayıb.
Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi xəritəyə Rusiya Günü münasibətilə təbrik mesajında yer verib.
“Rusiya Gününüz mübarək”, - Medvedev qeyd edib.
Xəritədə Rusiyanın sərhədləri Uzaq Şərqdən Avropaya qədər göstərilir. Eyni zamanda, xəritədə Ukrayna Polşa ilə sərhədlərə qədər Rusiya daxilində yer alır.