12 İyun 23:26
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vətəndaşlarına və şirkətlərinə Rusiyada İT xidmətləri göstərməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin rəhbəri Bredli Smitin imzaladığı sənəd departamentin saytında dərc edilib.

Qadağaya informasiya texnologiyaları sahəsində konsaltinq və dizayn xidmətləri, eləcə də bir neçə kateqoriya üzrə proqram təminatı üçün İT dəstək xidmətləri daxildir.

Qeyd olunur ki, qadağa 2024-cü il sentyabrın 12-dən qüvvəyə minir.

Qeyd edək ki, daha əvvəl ABŞ Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Rusiya və Çindən 30-dan çox fiziki şəxs və 200-dən çox strukturun sanksiyalara məruz qaldığı bildirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər