13 İyun 00:22
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun iyunun 12-də Ukraynanın Krivoy Roq şəhərini atəşə tutması nəticəsində azı 8 mülki şəxs həlak olub, 21 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Daha 4 nəfər itkin hesab olunur, xəsarət alanlar arasında uşaqlar da var.

Bu faciə barədə isə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində başsağlığı verib.

“Rusiyanın Krivoy Roqa raket zərbəsi nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə dövlət başçısı qeyd edib. O əlavə edib ki, bu cür hücumlar Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin zəruriliyini göstərir.

Zelenskinin sözlərinə görə, müasir hava hücumundan müdafiə sistemləri mülki şəxsləri, şəhərləri və Ukrayna əsgərlərinin mövqelərini maksimum dərəcədə müdafiə edə bilər


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər