Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK/YPG terror təşkilatının Suriyanın şimalında seçki keçirmək cəhdləri barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri əsas hədəfin seçki yox, “terror dövləti” qurmaq olduğunu bildirib.
“Seçki-zad yoxdur, bölgədə terror təşkilatını qanuniləşdirmək və terrorustan qurmaq üçün hazırlanmış bir oyun var. Biz oyunu pozmaq mövzusunda nə qədər mahir olduğumuzu əvvəlki proseslərdə açıq şəkildə göstərmişik. Əlbəttə, Suriya rəhbərliyi qətiyyətlə onlara bu məqamda addım atmaq və ya sərbəst hərəkət etmək icazəsi verməyəcək.
Xarici işlər naziri Hakan Fidan yaxınlarda Moskvada oldu. Moskvada cənab Putinlə bu məsələləri ətraflı müzakirə ediblər. Onun Rusiya xarici işlər naziri cənab Lavrovla da görüşü oldu. İnşallah PKK terror təşkilatı və digərlərinin Suriyada sərbəst hərəkət etmək imkanı olmayacaq. Belə bir durum yarandıqda müvafiq bölmələrimizi səfərbər edirik. Burnumuzun dibində terrorustanın qurulmasına imkan verməyəcəyik. Buna nail olmaq üçün nə lazımdırsa, etməkdən heç vaxt çəkinmirik”, - Prezident Ərdoğan vurğulayıb.