18 İyun 18:06
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu "X" sosial şəbəkəsində bildirib.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR silahlarının alınması ilə bağlı müqaviləni imzaladıq", - o qeyd edib.

CAESAR özüyeriyən silahı zirehli kabinli "Renault Sherpa" 10 yük maşınının şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi iki nazir arasında aparılan danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmaların əldə olunduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər