ABŞ lideri Co Bayden növbəti prezident seçkilərində uğur qazanmaq üçün Ukrayna münaqişəsindən istifadə etməyə çalışır. Münaqişənin davamı üçün fikirlər səsləndirir. Amma bu, Ukraynada qalib gəlmək istəyən Rusiyanın strategiyasına təsir etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı professor Con Mearsheimer deyib.
"Bayden Ukraynadakı vəziyyəti saxlamağa çalışır. Ağ Ev fikrini Ukraynadakı münaqişəyə və Qəzza zolağındakı vəziyyətə kökündən fərqli yanaşmasına yönəldib. Fələstin-İsrail münaqişəsində Bayden sülh təşəbbüsünü itələməyə çalışır. Çünki bu, onun ikinci müddətə yenidən seçilməsinə kömək edəcək. Ukrayna daha çox ərazi itirmək riski ilə üzləşir. Rusiya Ukraynada qələbə qazanacağına əmindir", - professor bildirib.