20 İyun 11:46
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ermənistana vəd etdiyi “Sezar” özüyeriyən artilleriya sistemləri ilə bağlı problemlər yarana bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“İrəvan Fransadan 36 ədəd “Sezar” özüyeriyən artilleriya qurğusu alacaq, bu da Azərbaycanda narazılığa, Ermənistanda sevincə səbəb olub. Mütəxəssislər haubitsaları yüksək qiymətləndirirlər, uzaqmənzillidir, çevik atəşə nəzarət sisteminə malikdir, dəqiqdir və sair. Amma müqavilə imzalamaq başqa, silahı Ermənistana çatdırmaq ayrı şeydir.

Bundan əlavə, artilleriya vasitələrindən istifadə edə bilən kadrlar olmalı, mövcud sistemlərə inteqrasiya edilməlidir. Hər artilleriya qurğusu üçün ən azı 2-3 min, NATO standartlarına görə isə 6 min mərmi lazımdır. Yəni 30 artilleriya varsa, 180 min mərmi də olmalıdır”, - məlumatda deyilir.

Sistemlərin qarşıdakı 15 ay ərzində Ermənistana çatdırılması planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər