Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadla Reuters agentliyi məlumat yayıb. Yeni sanksiyaların yekun təsdiqi iyunun 24-də Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə gözlənilir.
İyunun 20-də Aİ-yə üzv ölkələrin səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Buraya Rusiya maye qazının ittifaqa üzv ölkələrin limanları vasitəsilə tranzitinə qadağa qoyulması da daxildir. Layihədə, həmçinin Rusiyanın neft tankerləri donanmasına sanksiyaların tətbiqi və Moskvanın “ikili təyinatlı texnologiyalara” girişinin məhdudlaşdırılması nəzərdə tutulur.
Avropa Komissiyası sanksiyaların Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqlardan öncə qüvvəyə minməsinə çalışır.