İsrailin Qəzza zolağında apardığı əməliyyatlar davam etdiyi bir zamanda bölgədə atəşkəs üçün danışıqlar aparılır.
Teleqraf.com xəbər verir ki, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Madriddə İspaniyanın xarici işlər naziri Xose Manuel Albareslə keçirdiyi mətbuat konfransında İsrail və Həmas arasında aparılan danışıqlara toxunub.
"Atəşkəs danışıqlarında irəliləyiş var. Son bir neçə gündür səylərimizi fasiləsiz davam etdirdik".