24 İyun 23:16
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu cür hadisələr (Dağıstanda terror aktı – red.) xüsusilə bu cür ekstremist və terrorçu qrupların təşkilatlanmasının şəbəkə xarakterini nəzərə alsaq, regional səviyyədə vəziyyəti destabilləşdirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.

“Hazırda Katibliyə Rusiya Federasiyasından kömək üçün müraciət daxil olmayıb. Bu tip problemləri uğurla həll etmək üçün Rusiyanın öz potensialı və təcrübəsi var. İkitərəfli idarələrarası əməkdaşlığın potensialı da əhəmiyyətlidir. Ancaq əminəm ki, Rusiya kömək istəsə, müttəfiqlər kənara çəkilməyəcəklər”, - o vurğulayıb.

Xatırladaq ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.


Müəllif: Teleqraf.com