İranda prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra keçiriləcək seçkilərə sayılı günlər qalıb.
Teleqraf.com xəbər verir ki, iyunun 28-də keçiriləcək seçkilərdə insanlar səs vermək üçün məntəqələrə gedəcəklər.
Qarşıdan gələn seçkilərlə bağlı ümummilli sorğu keçirilib. Altı namizəd, beşi mühafizəkar və bir islahatçı arasında aparılan seçki sorğularında görünür ki, islahatçı namizəd Məsud Pezeşkiyan yarışa liderlik edir.
Agentliklərin apardığı sorğulara əsasən, Pezeşkiyanın nəticələri yüksəlməyə başlayıb və o, 24,4 faizlə birinci olub. Mühafizəkar Səid Celili isə 24 faizlə ikinci yerdədir.
Əvvəlki bir sorğularda ön sıralarda olan TBMM sədri Məhəmməd Bağır Qalibaf 14,7 faizlə üçüncü olub.
Seçki İranın iqtisadi təzyiqlər, beynəlxalq sanksiyalar və qadınlar üçün məcburi hicablarla mübarizə apardığı bir vaxta təsadüf edir.