14 May 2014 17:23
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Avropa Briliyi ilə assosiasiya haqda sazişi bu il iyunun 27-də imzalayacaq.

Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tiflisdə Avropa Şurasının prezidenti Herman Van Rompey ilə görüşdən sonra açıqlama verib.

“Avropa Şurası prezidentinin Gürcüstana səfəri bizim üçün şərəfdir. Görüş zamanı Herman van Rompey dedi ki, Avropa Birliyi avrointeqrasiya prosesində Gürcüstanı dəstəkləyir. Biz Gürcüstanın Avropa Birliyi ilə assosiasiya haqda sazişi iyunun 27-də imzalanması barədə razılığa gəldik”, - deyə İ.Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, görüş zamanı assosiasiya haqda sazişin imzalanması istiqamətində görülən işləri müzakirə edilib./anspress/


Müəllif: