14 May 2014 17:28
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Rusiyaya qarşı Qərbin sanksiyalarının absurd olduğunu bildirib.

“Axar.az” xəbər verir ki, bu barədə Duma sədri "Rusiya 24" kanalına müsahibəsində deyib. Narışkin bildirib ki, Qərbin sanksiyaları absurd və məntiqsizdir:

“Brüssel və Vaşinqtonun sanksiyaları absurddur və bu addımı birbaşa Federasiya Şurasının üzvlərinə, həmkarlarıma və mənə qarşı hesab edirəm. Bununla onlar ümid edirlər ki, Rusiyanın Krım məsələsində mövqeyi dəyişəcək? Mən heç vaxt qərarımı dəyişdirməyəcəyəm. Krımın Rusiyaya birləşdirilməsi kimi tarixi hadisədə iştirak etdiyim üçün fəxr edirəm”.

Qeyd edək ki, ABŞ və AB Rusiyanın Krıma müdaxiləsindən sonra bu ölkəyə iqtisadi sanksiyalar tətbiq edir. Həmçinin G7 ölkələri də Ukrayna ətrafında vəziyyətin gərginləşməsi halında Rusiyanı sanksiyalarla hədələyib. Rəsmi Moskva isə Qərbin bu addımının qəbuledilməz olduğunu vurğulayır.


Müəllif: