6 İyul 07:25
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin ilkin nəticələrinə əsasən, islahatçı Məsud Pezeşkian İranın növbəti prezidenti olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “Tehran Times” qəzeti bülletenlərin sayılması ilə bağlı qeyri-rəsmi məlumatlara istinadən yazıb.

İranda prezident seçkilərinin ikinci turunda islahatçı Məsud Pezeşkian 17 milyon səslə qalib gəlib. 14 milyon seçici onun rəqibi mühafizəkar Səid Cəliliyə səs verib.

Nəşrin məlumatına görə, ikinci turda seçici fəallığı təxminən 50 % təşkil edib - İranda qeydə alınmış 61 milyon seçicidən 30 milyondan çox insan səs verib. Prezident seçkilərinin birinci turunda seçici fəallığı təxminən 40 % təşkil edib ki, bu da islam respublikası tarixində ən aşağı göstəricidir.

02:00

Şərqi Azərbaycan, Loristan, Kirmanşah və Kürdüstan əyalətlərinin bir neçə rayonunun kəndlərində prezident seçkilərinin ilkin nəticələri elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Adıçəkilən əyalətlərin kəndlərində sayılan səslərin nəticələrinə görə, Məsud Pezeşkian böyük fərqlə rəqibi Səid Cəlilidən öndədir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan, Xudafərin, Kəleybər rayonlarının yüzlərlə kəndində səslər sayılıb, bəzi bölgələrdə Pezeşkian rəqibindən bir neçə dəfə çox səs toplayıb.

Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər sayılan bülletenlərə əsasən, Pezeşkian 8 milyon 200 min, Cəlili 6 milyon 800 min səs toplayıb.

Qeyd edək ki, səsvermə yerli vaxtla 00:00-da başa çatıb. Hazırda səslər sayılır. Seçkidə 30 milyon seçici səs verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər