6 İyul 10:30
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden özünü Rusiya lideri Vladimir Putini dayandıran, NATO-nu genişləndirməyi bacaran və Ukrayna ətrafında əlli ölkəni birləşdirən adam adlandırıb.

Teleqraf.com xəbər verir ki, Amerika lideri qarşıdakı dönəmdə prezident kimi yola davam etməyə hazır olduğunu bildirib.

“Mən NATO-nu bir araya gətirən adamam, heç kim onu ​​genişləndirə biləcəyimi düşünmürdü. Mən Putini dayandıran adamam”, - Ağ Ev rəhbəri ABC telekanalının ölkəyə rəhbərlik etməyə davam edə bilib-bilməyəcəyi sualını cavablandırarkən deyib.

Bayden AUKUS alyansının yaradılmasını da xatırladıb. Onun sözlərinə görə, Yaponiyanı müdafiə xərclərini genişləndirməyə inandıran, həmçinin Cənubi Koreyadan ABŞ-də yarımkeçirici sənayesinin inkişafına milyardlarla dollar sərmayə təmin edən də o olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər