9 İyul 11:46
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

PYD-YPG və terror təşkilatlarının mövcudluğu Türkiyə üçün həyati təhlükədir. Təəssüf ki, ABŞ strateji tərəfdaşlığımıza baxmayaraq PYD-yə dəstəyini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

“Türkiyə terror təşkilatları arasında heç bir fərq qoymayıb və qoymayacaq. Bütün dünya İŞİD-lə mübarizədə yalnız şifahi reaksiya göstərdiyi halda, Türkiyə faktiki olaraq İŞİD-lə mübarizə apardı və İŞİD-in yaxın coğrafiyamızda artıq təhlükə olmamasına zəmanət verdi. Eynilə, PKK-nın qolu və Suriyadakı uzantısı olan PYD-YPG terror təşkilatlarının mövcudluğu Türkiyə üçün həyati təhlükədir.

Təəssüf ki, strateji tərəfdaşlığımıza və bir çox sahədə çox sıx əməkdaşlığımıza baxmayaraq, ABŞ PYD-yə həm maddi-texniki, həm kəşfiyyat, həm də siyasi dəstək verməyə davam edir. Münasibətlərimizi zəhərləyən ən mühüm fərq budur”, - spiker bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu