Brüssel 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan 30 milyon avronun ayrılmasını dayandırıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqındakı mənbə təsdiqləyib.
Məlumata görə, qərar xarici agentlər haqqında qanuna görə verilib.
"Biz artıq Avropa Sülh Fondu çərçivəsində 2024-cü il üçün Gürcüstan silahlı qüvvələrinə 30 milyon avro məbləğində dəstəyi dayandırmışıq", - məlumatda qeyd olunub.