İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi əlavə sanksiyalar siyahısını ratifikasiya edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının rəsmi saytında məlumat paylaşılıb.
Məlumatda deyilir ki, Rusiyada olan 69 şəxs və 86 təşkilata qarşı sanksiya tətbiq ediləcək. Ukraynaya qarşı davam edən hərbi təcavüzə cavab olaraq həyata keçiriləcək sanksiya siyahısında Rusiyada yerləşən 4 media qurumuna reklam qadağası tətbiq ediləcək.
Yeni sanksiyalar əsasən biznesmenləri, təbliğatçıları, müdafiə və ədliyyə işçilərini, ukraynalı uşaqların deportasiyasına məsul olan şəxsləri və Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarını hədəf alıb.
Yeni sanksiyaların tətbiq olunacağı təşkilatlar arasında Rusiya müdafiə sektorunda fəaliyyət göstərən şirkətlərlə yanaşı, sanksiyalardan yayınmada fəal rol oynayan qurumlar da var.
Sanksiya siyahısındakı media qurumlarının “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta” olduğu bildirilir.