10 İyul 20:17
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Çinlə birlikdə 2033-2035-ci illərdə Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) məlumat yayıb.

Qeyd olunur ki, Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.

Digər xəbərə görə, Rusiyanın Ay üçün son böyük layihəsi olan "Luna-25" kosmik gəmisi peykin səthinə çırpılaraq parçalanıb.

Bundan başqa hazırda Rusiyanın 240-dan çox peyk var ki, onların da yarıdan çoxu sosial-iqtisadi məqsədlər üçün istifadə olunur. Bu il Rusiyada kosmosa100-dən çox peykin buraxılması planlaşdırılır. Bunlar əsasən rabitə və yüksək sürətli interneti təmin etmək məqsədi daşıyacaq. Rusiya prezidenti Vladimir Putin fevral ayında verdiyi açıqlamada ölkəsinin hər yerində yüksək sürətli interneti təmin edəcək peyklərin istehsalı üçün büdcədən 116 milyard rubl (təxminən 1,5 milyard dollar) ayırdıqlarını açıqlamışdı.


Müəllif: Arzu

Oxşar xəbərlər