İngiltərənin Uayt adasında aparılan qazıntı zamanı tapılan təbaşir dövrünə aid fosillərin yeni dinozavr növünə aid olduğu ortaya çıxıb.
Teleqraf.com xarici KİV-lərə istiandən xəbər verir ki, tədqiqatçılar sümüklərin təxminən 125 milyon il əvvəl dinozavrların quruda hakim olduğu təbaşir dövrünə aid olduğunu ehtimal edirlər.
Tədqiqatçılar ot yeyən dinozavrın paleontoloqlar tərəfindən çox vaxt "Təbaşir dövrünün inəkləri" adlandırılan "iquanodontians" ailəsinə aid olduğunu qeyd edib.
Yeni dinozavrın qalıqları tapan Nik Çeysin şərəfinə dinozavrı "comptonatus chasei" adlandırılıb.