Türk Hava Yollarının (THY) İranın paytaxtı Tehrandakı ofisi bəzi qadın işçilərinin hicab qaydalarına əməl etmədiyi üçün bağlanıb.
Teleqraf.com xəbər verir ki, THY-nın ofisi ötən bazar ertəsi günü bağlandıb.
Xəbərdə bildirilir ki, iranlı qadınlar THY-nın ofisinə gedərkən baş örtüklərini götürürlər. Onlar hətta polisin xəbərdarlığına da məhəl qoymurlar.
Tehran prokuroru Əli Salehi isə THY-nin ofisinin möhürlənməsi ilə bağlı məhkəmə qərarının olmadığını qeyd edib.
Xəbərdə o da bildirilir ki, ofis qısa zamandan sonra açılıb.