Türkiyənin qərbindəki Afyonkarahisar şəhərinin mərkəzində 4,4 maqnitudalı (Mw) zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.
Yerli vaxtla 06:24-də qeydə alınmış yeraltı təkanların ocağı 6,99 km dərinlikdə yerləşib. Cəmi altı dəqiqə sonra 3,5 maqnitudada afterşok qeydə alınıb.
Eyni zamanda, ölkənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu təbiət hadisəsinin şkalasını 4,5 maqnitudada ölçüb.