14 May 2014 18:26
1 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Somada mədəndə baş verən partlayışa görə Türkiyə mediyası üz-üzə gəlib.

"Ahaber.com.tr" saytı Hürrriyət qəzetini qınaq obyektinə çevirərək sərt tənqid edib. Teleqraf.com xəbər verir ki, AHABER-in yaydığı məlumatda Hürriyət millətin dərdinə şərik olmaq əvəzinə iqtidara qarşı siyasi kompaniya təşkil etməkdə iddiham olunur.

"Bütün millət yasa batdığı bir gündə Hürriyət qəzeti və internet səhifəsi siyasi maraq arxasınca qaçır. Qəzetdə bugün Yalçın Bayer imzasıyla dərc olunan yazıda, Koç Qrupuna yaxınlığı ilə bilinən Soma Mədəninin sahibi Alp Gürkan və mədənin işi buir tərəfdən tərif edilir, digər tərəfdən də qəzet və satytda hadisə fonunda hər fürsətdə hökumət əleyhinə materiallar dərc edilir.


Xəbərlərdə CHP Manisa Millət vəkili Özgür Özəlin, 20 gün öncə Somadakı təhlükəsizliyinin təmin olunmaması ilə bağlı hökumətə təqdim etdiyi sənədlərin hakim partyiya tərəfindən rədd edilməsi geniş qabardılır.

Qəzetin mədən və iş adamı haqında müdafiə xarakterli müsbət fikirlərə yer verməsi nəzərlərdən qaçmır.

Oxucularının qavrayışı ilə oynamağı adət halına gətirən qəzet, "200 can verildi Əmək Naziri harada" deyə manşet verərkən "Mədənin sahibi harada" sualını ağlına belə gətirmir."

SUBHAN


Müəllif: