14 İyul 08:21
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hüquq-mühafizə orqanlarının ölkənin xarici nümayəndəlikləri ilə əlaqələndirilmiş şəkildə göstərdiyi səylər nəticəsində 31 dövlətdən Fətullah Gülənin terror təşkilatında (FETÖ) iştirak edən 136 nəfərin ekstradisiya olunmasına nail olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, əməliyyat məlumatlarına əsasən, hazırda FETÖ üzvlərinin təxminən 16 faizi ABŞ-da, 23 faizi isə Almaniyadadır.

O qeyd edib ki, son 8 il ərzində FETÖ terrorçuları ilə əlbir olan 44 444 nəfər Türkiyə hüquq-mühafizə orqanlarından xaric edilib, 849 nəfər barəsində istintaq davam etdirilir.

“FETÖ də daxil olmaqla, hər hansı cinayətkar təşkilatla mübarizə aparmaqda qərarlıyıq”, - deyə A.Yerlikaya bildirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç daha əvvəl bildirib ki, Türkiyə Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a 2016-cı ildən etibarən yeddi tələb göndərib.

“Təəssüf ki, terrorçuların lideri ABŞ-da qalmağa davam edir. Cinayət Məcəlləsinin 27 maddəsi üzrə yeddi sənəd ABŞ instansiyalarına təqdim edilib. Türkiyədə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısının alınmasından keçən bu səkkiz il ərzində təəsüf ki, F.Gülənin təhvil verilməsi məsələsində heç bir irəliləyiş qeydə alınmayıb”, - deyə nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər