14 İyul 12:29
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsd Amerika siyasətində son onilliklərin ən mühüm məqamı oldu. Gedişat deyir ki, Tramp Ağ Evə qayıdacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazır.

Bu, 1981-ci ilin martında Ronald Reyqanın güllələnməsindən sonra Amerika prezidentini öldürməyə ilk ciddi cəhddir.

"Daimi ölüm təhlükəsi Amerikanın baş komandanlar üçün adi bir iş təhlükəsi kimi bir şeydir, dörd prezident buna tab gətirə bilib. Amma bu hadisənin builki prezidentlik yarışına ciddi təsir göstərəcəyini inkar etmək olmaz", - məqalədə qeyd olunur.

Britaniya qəzeti iddia ki, Tramp bundan sonra reytinqinin yüksəlişinə ümid edə bilər, sui-qəsd cəhdi ona dəstəyi gücləndirəcək.

"Artıq sorğular göstərir ki, Tramp noyabrda prezident postuna qayıdacaq. Son hadisələr ona dəstəyi yalnız gücləndirəcək", - materialda vurğulanır.

Nəşr onu da qeyd edir ki, həyatına sui-qəsd Trampın seçkilərdə qalib gələcəyinə dair bütün şübhələri aradan qaldırdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər