14 İyul 13:46
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

“ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm. Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram.Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər