14 İyul 21:26
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata keçirilən "Kısqac-21" əməliyyatı nəticəsində qanunsuz yollarla xaricə qaçmağa cəhd edən o10 FETÖ üzvü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, terrorçular "Asteri" adlı qayıqda ələ keçiriliblər.

Əməliyyat Türkiyənin Sahil Mühafizə Xidmətinin Egey Dənizi Regional Komandanlığı, Milli Kəşfiyyat Təşkilatının (MİT) İzmir bölgəsi üzrə baş idarəsi və İzmir Jandarma Komandanlığının koordinasiyasında həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər