15 İyul 00:26
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi yardım çərçivəsində İsveçlə Saab JAS-39 “Gripen” qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bunu "Amerikanın səsi" radiosuna müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, Ukraynaya “Gripen” tədarükü mövzusu ölkə prezidenti Vlolodimir Zelenski tərəfindən İsveç rəsmiləri ilə danışıqlar zamanı mütəmadi olaraq qaldırılıb, lakin Stokholm NATO-ya qoşulmazdan əvvəl heç bir vəd verməyə hazır deyildi.

Xatırladaq ki, bu ilin əvvəlində İsveç parlamenti Ukraynaya “Gripen” qırıcılarının verilməsini dəstəkləmişdi. Lakin mayın sonunda İsveçin müdafiə naziri Pol Conson ölkəsinin “F-16”ların təhvil verilməsinə diqqət yetirmək üçün Ukraynaya “Gripen” tədarük planlarını dayandırdığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər