Livanın cənubundakı istilik elektrik stansiyası İsrailin artilleriya atəşi nəticəsində sıradan çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Électricité du Liban” dövlət elektrik şirkəti məlumat yayıb.
Qeyd olunur ki, bundan sonra Livanın cənub bölgələrində içməli suyun verilməsinə cavabdeh olan su nasos stansiyaları dayanıb.