14 May 2014 20:20
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində baş verən və 200-dən artıq insanın öldüyü mədən qəzasına görə Türkiyədə olduğu kimi, Bakıdakı səfirlikdə də matəm elan edilib.

Teleqraf.com-un xəbərinə görə, 13 may tarixindən etibarən elan edilən 3 günlük matəm səbəbiylə Bakıdakı Türk Səfirliyində, Gəncə və Naxçıvandakı baş konsulluqlarda bayraqlar yarıya qədər endirilib.
Ayrıca Bakıdakı səfirlikdə başsağlığı dəftəri açılıb.

Türkiyənin Azərbaycandaki səfiri Alper Coşqun jurnalistlərə açıqlamasında “qəza olduğu andan etibarən Azərbaycanın dövlət idarəçiləri və vətəndaşlar bizə zəng vuraraq və mesaj yazaraq dəstək oldu. Bəzi vətəndaşlar telefonda gözyaşlarını saxlaya bilmədi. Azərbaycan Prezidenti Cənab İlham Əliyev də həm prezidentimiz Abdullah Gül, həm də Baş nazir Rəcəb Tayyib Erdoğana başsağlığı məktubu göndərərək Türkiyəyə dəstək oldu. Cənab Əliyevə təşəkkür edirik”.

Dəniz Əliyeva


Müəllif: