Roberta Metsola yenidən Avropa Parlamentinin prezidenti seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen "X"də paylaşım edib.
"Hörmətli Roberta Metsola, yenidən Avropa Parlamentinin prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Tam layiqsiniz. Sizin liderliyiniz və Avropaya olan bağlılığınız hər zamankındən daha çox lazımdır", - o qeyd edib.