"Demək olar ki, artıq 3-cü dünya müharibəsi başlayıb. Müharibə ən ağır hazırlıq mərhələsi, tənzimləmələr, diplomatik və siyasi araşdırmalar, ittifaqların qurulmasından sonra həyata keçirilir. Hazırda hazırlıq mərhələsindəyik".
Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin sabiq milli müdafiə naziri və AK Partiya Kayseri millət vəkili Hulusi Akar 15 iyul gecəsi haqqında danışdığı canlı yayımda deyib.
O, aparıcının “3-cü dünya müharibəsi olacaq?” sualını cavablandırıb:
“Əcdadlarımız “Sülh istəyirsənsə, döyüşə hazır ol” deyiblər. Bu gün də biz döyüşə hazır olmalıyıq. Əsgərlərimizin ruhu yüksəkdir, onları ən qabaqcıl texnologiya ilə təmin etmək bizim borcumuzdur. Biz tanklar, toplar, hətta təyyarələr, helikopterlər, PUA və SİHA-lar hazırladıq.
“Bayraktar” çox mühüm məsələdir. Bu yolla biz Azərbaycanda fəaliyyət göstərən qardaşlarımıza da dəstək ola bilərik. Bunlar dost və müttəfiq ölkələrə ixrac olunur. 3-cü dünya müharibəsi riski həmişə var. Müharibə müəyyən mənada başlayıb. Ölkələr və bloklar hazırlıqlarını davam etdirirlər. Zaman və məkan baxımından öz hüquq və mənafeləri baxımından kafi olduqlarını görən kimi bu müharibə başlayır”.